Vaxt.Az

Eyfel qülləsi əyilir


 

Fransanın simvolu istidən qızaraq hər gün 20 santimetr genişlənir

Eyfel qülləsi əyilir Fransaya təsir edən həddindən artıq istilər paytaxt Parisin simvolu olan Eyfel qülləsinə də təsir edir. Mütəxəssislər, metal konstruksiyanın təxminən 20 santimetr əyilərək genişləndiyini və gün ərzində günəş şüalarının təsiri altında yerdəyişmə etdiyini bildirirlər.

Eyfel qülləsinin skeletində istifadə edilən “puddlé iron” adlı material temperatur dəyişikliklərinə son dərəcə həssasdır. Günəşə baxan səthlərin daha çox qızması bu sahələrin digər səthlərə nisbətən daha çox genişlənməsinə səbəb olur. Bu balanssızlıq gün ərzində strukturun əyilməsinə səbəb olur.

Memar Bertrand Lemoine bu hərəkətin çox yavaş baş verdiyini bu dəyişikliyi birbaşa hiss edilməyəcəyini bildirib.

Bu fiziki hadisə “termal genişlənmə” adlanır. Temperatur artdıqca metal konstruksiyalar qışda yığılır və büzülür. Bu səbəbdən Eyfel qülləsi yayda bir neçə santimetr uzana, qışda isə təxminən 10 santimetr qısala bilir. Həddindən artıq istiliyin təsirli olduğu günlərdə bu genişlənmə əyilmələrə səbəb ola bilər.

***

Termal hərəkətlərin Eyfel qülləsinin struktur bütövlüyünə zərər vermədiyi bildirilir. 1889-cu ildə tikilmiş tarixi tikili bu günə qədər belə təbii genişlənmələrə müqavimətini qoruyub saxlayıb. Bununla belə ekspertlər vurğulayırlar ki, iqlim dəyişikliyinin memarlıq strukturlarına uzunmüddətli təsirləri ciddi şəkildə dəyərləndirilməlidir.

 





03.07.2025    çap et  çap et