Vaxt.Az

Dioqo Jota həlak oldu


 

“Liverpul”un və Portuqaliya millinin ulduzu avtomobilində qəzaya düşüb

Dioqo Jota həlak oldu İngiltərə Premyer Liqasında çıxış edən “Liverpul”un ulduz futbolçusu Dioqo Jota İspaniyada baş verən yol qəzasında həyatını itirib.

İspaniya polisindən verilən açıqlamaya görə, 28 yaşlı Portuqaliya millisinin futbolçusu Dioqo Jota və qardaşı Andre Jota ölkənin şimal-qərbindəki Zamora bölgəsindəki Cernadilla yaxınlığında gecə saat 00:30 radələrində baş verən yol qəzasında həyatını itirib.

Bildirilib ki, qəza Jotanın idarə etdiyi avtomobilin təkərinin digər avtomobili ötərkən partlaması, daha sonra idarəetməni itirərək yoldan çıxaraq alov alması nəticəsində baş verib.

Qəzaya müdaxilə edən səlahiyyətlilər hadisə yerinə gəldikdə avtomobilin tamamilə yandığını və hər iki qardaşın hadisə yerində həyatını itirdiyini açıqlayıb.

***

Təxminən 10 gün əvvəl uzun müddətli rəfiqəsi Rute Kardoso ilə evlənən Jota 3 uşaq atası olub. Toydan sonra verdiyi açıqlamada o, özünü “dünyanın ən şanslı adamı” adlandırmışdı.

Yurgen Kloppun baş məşqçi olduğu müddətdə 2020-ci ildə “Vulverhempton”dan “Liverpul”a transfer olunan Jota qırmızı forma ilə Premyer Liqa çempionu olub və bu yaxınlarda Portuqaliya Milli Komandası ilə UEFA Millətlər Liqası kubokunu qazanıb.

Jotanın qardaşı Andre Jota Portuqaliyanın 2-ci Liqa komandası olan “Penafiel”də oynayırdı.

Qəza ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

 





03.07.2025    çap et  çap et