Vaxt.Az

10 il həbs, 150 min avro cərimə


 

Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza

10 il həbs, 150 min avro cərimə Fransada kobud ehtiyatsızlıq nəticəsində ölümə səbəb olan yol qəzaları artıq “yol öldürmə” kimi qiymətləndiriləcək. Yeni qanun spirtli içki və ya narkotik vasitənin təsiri altında olan sürücülərə 10 ilə qədər həbs cəzası nəzərdə tutur.

Fransada uzun müddətdir ictimaiyyəti zəbt edən “yol cinayəti” qanunu iki gün əvvəl Senat tərəfindən təsdiqlənərək rəsmiləşdi. Daha əvvəl iyunun 3-də Milli Məclisdə qəbul edilən qanun prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

***

Ədliyyə naziri Cerald Darmanin qanunu müdafiə edərək, "Qanun artıq heç kimə göz yummayacaq. Alkoqol, narkotik, surəti həddindən aşmaq kimi ağır səhlənkarlıq nəticəsində birinin öldürülməsi sadəcə bir qəza deyil, cinayətdir”, – deyib.

***

Məşhur komediya ustası Pyer Palmadin 2023-cü ildə narkotikin təsiri altında olarkən qəza keçirərək 3 nəfəri ağır yaralaması qanuna ehtiyacı bir daha gündəmə gətirib. Palmade yalnız “qəsdən xəsarət yetirmə” cinayətinə görə 5 il həbs cəzasına məhkum edildi.

Zərərçəkmişlərin yaxınları iddia edirdilər ki, bu cür hallar indi “ehtiyatsızlıq deyil, qəsdən cinayət” çərçivəsində qiymətləndirilməlidir.

***

Yeni qanuna əsasən, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri zamanı sürücünün spirtli içki və ya narkotik vasitələrdən sərxoş olması və ya sürət həddini 30 km/saat həddini aşması kimi ağırlaşdırıcı hallar olduqda, sürücü yol hərəkəti zamanı adam öldürmə maddəsi ilə mühakimə olunacaq.

1 ağırlaşdırıcı halda: 7 il həbs + 100.000 avro cərimə

2 və ya daha çox halda: 10 il həbs + 150.000 avro cərimə

Bu cəzalar əvvəllər “istəmədən adam öldürmə” kimi qıbul olunurdusa, indiki qanunun ictimai təsiri baxımından əhəmiyyətli olduğu iddia edilir.

***

Təkcə Fransada 2024-cü ildə yol qəzalarında 3190 nəfər həyatını itirib, 16 mini ağır olmaqla 233 min nəfər xəsarət alıb. Qəzaların üçdə ikisində ən azı bir ağırlaşdırıcı amil var. Bundan əlavə, qəza törədənlərin dörddə üçü əvvəllər də analoji pozuntulara yol verib.

 





03.07.2025    çap et  çap et