Vaxt.Az

İngilis deputatlara Qarabağ açıqcaları


 

AAC yeni sayt da hazırlatdırıb

İngilis deputatlara Qarabağ açıqcaları Avropa Azərbaycan Cəmiyyəti (AAC) «Many Happy Returns» (MHR) layihəsi çərçivəsində maraqlı bir sayt hazırlayıb . Davamlı şəkildə fəaliyyət göstərən bu yeni internet layihəsinə uyğun olaraq Böyük Britaniya parlamentinin hər bir üzvünə ad günü münasibətilə təbrik açıqcası göndərilir. Hər bir açıqcada 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkününün şəxsi mesajı yer alıb.


www.manyhappyreturnsidp.com saytında yerləşdirilən açıqçalar insanların öz doğma yurd-yuvalarına qayıtmaq istəyini bildirən «Many Happy Returns» adlı ingilis təbrikləri formasında tərtib olunublar. Hər bir açıqcada tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən üç düşərgədə çəkilmiş məcburi köçkünün fotoşəkili yerləşdirilib.

Açıqca sahibləri MHR veb-saytında münaqişənin tarixi haqqında informasiyanı qrafik hekayə şəklində əldə edə və öz dəstəyini bildirə bilərlər. Həmçinin, onlar erməni təcavüzü barəsində müxtəlif ictimai xadimlərin də fikrini öyrənə bilərlər.

Saytda 20 iyunun Beynəlxalq Qaçqınlar Günü elan edilməsi üçün petisiya da yerləşdirilib. Oradan səs vermək mümkündür.

Bu layihə AAC-nin bütün Avropa nümayəndəliklərində də fəaliyyətdə olacaq. (virtualaz.org)

 





10.06.2014    çap et  çap et