Vaxt.Az

Seulun tarixindəki ən böyük saziş


 

Cənubi Koreya ilə Polşanı meqa tank müqaviləsi imzaladı

Seulun tarixindəki ən böyük saziş Dünən Polşa ilə Cənubi Koreya arasında “K2” tanklarını almasını nəzərdə tutan meqa silah müqaviləsi üzrə danışıqların yekunlaşdığı açıqlandı.

Cənubi Koreyanın Müdafiə Tədarükü Proqramı Administrasiyasının verdiyi açıqlamada deyib ki, Polşanın müdafiə naziri “Hyundai Rotem” şirkəti ilə “K2” tankları üçün ikinci müqavilə üzrə danışıqların tamamlandığını və müqavilənin tezliklə imzalanacağını rəsmən elan etdi. Administrasiya sövdələşmənin təfərrüatlarını və ölçüsünü açıqlamayıb. Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, sövdələşmənin dəyəri təxminən 6 milyard dollardır.

Cənubi Koreyanın Müdafiə Tədarükü Proqramı Administrasiyası naziri Suk Cunq-qon, müqavilənin Cənubi Koreya və Polşa arasında müdafiə əməkdaşlığının gücünü və davamlılığını bir daha təsdiq etdiyini deyib. İki ölkə 2022-ci ildə Ukraynanın qonşusu və müttəfiqi Polşaya “K2” tankları və döyüş təyyarələrinin tədarükü də daxil olmaqla 13,7 milyard dollarlıq silah müqaviləsi imzalayıb. Bu, Cənubi Koreya tarixində ən böyük sövdələşmədir.

Cənubi Koreya, Rusiyanın Ukraynaya təcavüzündən sonra ölkənin müdafiə sənayesi üçün Avropa və Yaxın Şərqdə irimiqyaslı müqavilələri təmin etmək üçün imkanlar yaratdıqdan sonra silah ixracatında əsas oyunçu kimi ortaya çıxıb. Seul Polşa və Rumıniya ilə “K9” özüyeriyən silahların və Çunmu raket buraxılış qurğularının ixracı üzrə müqavilələri imzalayıb.

 





03.07.2025    çap et  çap et