Ağ Evdən və Dövlət Departamentindən yayılan xəbərlə bağlı şərh verilməyib. Ancaq böyük ehtimalla Vaşinqton adı çəkilməyən mənbənin yaydığı xəbər vasitəsilə Azərbaycanın, Ermənistanın, Türkiyənin və Rusiyanın nəbzini yoxlayır. Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Eyni zamanda ABŞ-ın da Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur. Söhbət qısa məsafədən gedir və Zəngəzur dəhlizini Azərbaycan və Ermənistan daxili resursları hesabına inşa edə bilərlər. Digər tərəfdən dəhlizlə əsas daşınacaq yüklərin sahibi Çin də ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsini istəməz. ABŞ-ın dəhlizə nəzarət etməsi halında Çin öz mallarının daşınmasında bu marşruta üstünlük verməyəcək. Türkiyə də Çinlə eyni mövqedə olar. Bir sözlə Rusiyanın, ABŞ-ın və ya Avropa Birliyinin Zəngəzur dəhlizinə nəzarət etməsi bölgə ölkələrinin maraqlarına cavab vermir.