Ölkədəki bütün dövlət qurumlarının rəmzləri, möhürləri, rəsmi sənədləri, şəxsiyyət vəsiqələri və pasportları yenilənəcək və yeni gerbdən istifadə ediləcək.
Yeni gerbdə Suriya əyalətlərini təmsil edən qanadlarında 14 böyük lələk olan qartal təsvir edilib. Qartalın qalxanında əvvəllər 2 olan ulduzların sayı 3-ə çatdırılıb.
Köhnə milli gerbdə kənd təsərrüfatı xarakterini simvolizə edən 2 buğda sünbülləri də çıxarılıb.
***
Yeni gerbi təqdim edən Suriya prezidenti Əhməd Şaraa proqramdakı çıxışında bunları deyib: “Tarixi öyrənən hər kəs Dəməşqin dünya hekayəsinin başlanğıcı və sonu olduğunu görəcək və devrilmiş rejim dövründə yaşadıqlarımızın Dəməşq tarixində ən alçaldıcı dövr olduğunu anlayacaq”.
“Yeni gerb bölünmə və parçalanmağı qəbul etməyən birləşmiş Suriyanı təmsil edir”, – deyən Şaraa, yeni gerbin hazırlanmasında əməyi keçən bütün suriyalılara təşəkkür edib.