Kabulov Rusiyanın RİA xəbər agentliyinə Əfqanıstanla bağlı açıqlamalar verib. Rusiyanın Əfqanıstan hökumətini rəsmən tanıyıb-tanımaması ilə bağlı sualı cavablandıran Kabulov “Bəli, tanıyır”, – deyib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, xarici işlər nazirinin müavini Andrey Rudenkonun Əfqanıstanın Moskvadakı səfirliyinə yeni təyin olunan Gül Həsənlə görüşdüyü bildirilib.
Bəyanatda deyilir ki, Həsən etimadnaməsinin surətlərini Rudenkoya təhvil verib.
Bundan başqa, Rusiya mətbuatında əks olunan görüntülərdə Taliban müvəqqəti hökumətinin istifadə etdiyi bayrağın Moskvadakı Əfqanıstan səfirliyinin binasında dalğalandığı əks olunub.
Rusiyanın bu qərarı ilə 15 avqust 2021-ci ildə hökumət dəyişikliyindən sonra qurulan Əfqanıstan hökuməti ilk dəfə bir ölkə tərəfindən tanındı.
ABŞ və NATO qoşunlarının ölkədən çıxarılmasından sonra əvvəlki hökumət devrildi və bütün Əfqanıstanda nəzarəti ələ keçirən Taliban öz müvəqqəti hökumətini elan etdi.
Həmin dövrdə Qərb dövlətləri Əfqanıstandakı diplomatik nümayəndəliklərini bağladılar və çox az ölkənin səfirlikləri paytaxt Kabildə aktiv fəaliyyətlərini davam etdirdi.
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında Talibanı terror siyahısından çıxaracaq qanunu təsdiqləyib.