Vaxt.Az

“Rahat yat”


 

Sərnişinin telefonuna gələn mesaj təyyarəni təcili eniş etməyə məcbur etdi

“Rahat yat” Puerto-Rikodan ABŞ-ın Texas ştatına uçan sərnişin təyyarəsi bir sərnişin başqa bir sərnişinin mobil telefonunda üç hərfdən ibarət mesajı bomba təhlükəsi kimi qəbul etdikdən sonra geri dönmək məcburiyyətində qalıb. Həqiqət sonradan üzə çıxdı.

“The New York Post”un məlumatına görə, American Airlines şirkətinə məxsus təyyarə paytaxt San-Xuandan ABŞ-ın Texas ştatının Dallas şəhərinə uçurdu. Dünən səhər saatlarında havaya qalxan təyyarə təxminən yarım saat sonra ABŞ-a çatmadan Puerto-Rikonun Ada-Verde şəhərində məcburi eniş edib.

Təcili eniş bir sərnişinin telefonuna göndərilən və başqa bir sərnişin tərəfindən yanlış şərh edilən mətn mesajı səbəbindən baş verib.

Sərnişin başqa bir sərnişinin telefonunda “RIP” (rahat yat) mesajını görəndə, təyyarə üçün təhlükə olduğunu düşünərək kabin heyəti ilə danışıb. Təyyarə bomba təhlükəsi şübhəsi ilə Dallasa çatmamış yerə enib.

Puerto-Riko səlahiyyətliləri hadisədən sonra mesajı alan sərnişini sorğu-sual edib. Sorğu zamanı məlum olub ki, sərnişin bir gün əvvəl yaxın adamını itirib və bu səbəbdən Dallasa gedib.

Partlayıcı Maddələr və İctimai Təhlükəsizlik Bürosu da bildirib ki, təyyarə üçün heç bir təhlükə yoxdur. Daha sonra təyyarə yenidən Puerto-Rikodan havaya qalxıb və bu gün Texasa çatıb. Aviaşirkət qəzetin şərh sorğusuna cavab verməyib.

 





04.07.2025    çap et  çap et