TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Bədəlovun cansız cəsədi Rublevskoye şossesində evin pəncərələrinin altında tapılıb.
"Ölümün ilkin səbəbi intihardır", - mənbə bildirib.
Bildirilib ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Bədəlovun intiharı ilə bağlı araşdırma aparır, nəticədə cinayət işinin başlanması və ya rədd edilməsi kimi prosessual qərar qəbul ediləcək.
17-ci mərtəbədən yıxıldığı bildirilən Bədəlovun səhhətində problemlər olduğu bildirilib.
Bədəlov 2021-ci ildən “Transneft”in rəqəmsal transformasiya və informasiya texnologiyaları üzrə vitse-prezidenti olub.