Vaxt.Az

“Amerika arzusu” mesajı


 

Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib

“Amerika arzusu” mesajı Putinin ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib və Vaşinqtonla əməkdaşlığı daha da inkişaf etdirmək istədikləri mesajını çatdırıb.

XİN-nin yazılı açıqlamasına görə, Lavrov Rusiyanın “ABŞ-ın birliyinə və Amerika arzusunun reallaşmasına” dəstəyini davam etdirdiyini qeyd edib.

ABŞ-la əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirən Lavrov deyib: “Mən sabitliyi və proqnozlaşdırılmanı təşviq edən, tarixi, coğrafi və reallıqların formalaşdırdığı milli maraqları nəzərə alan konstruktiv, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətləri daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”.

Rusiya prezidenti Vladimir Putin də dünən prezident Donald Trampla telefon danışığında ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.

 





04.07.2025    çap et  çap et