“CNN İnternational”ın gördüyünü bildirdiyi keçən ay Ədliyyə Departamenti tərəfindən hazırlanan açıqlamada vəkillərə “denaturalizasiya səylərinin” daha geniş auditoriyanı hədəf alması lazım olduğunu deyilib.
CNN-in verdiyi məlumata görə, burada qeyd olunan qanuni ABŞ Ədliyyə Nazirliyi tərəfindən ABŞ vətəndaşı olmaq üçün yalan danışan keçmiş nasistlərə qarşı onilliklər ərzində alət kimi istifadə olunub. Sözügedən qanun Ədliyyə Departamentinə öz qeydlərini saxtalaşdıran və ya qanunsuz keçmişlərini gizlədən cinayətkarları vətəndaşlıqdan məhrum etmək hüququ verir. Bu qanun indi daha geniş kütləyə qarşı istifadə oluna bilər.
***
İyun ayında ABŞ Ədliyyə Nazirliyi tərəfindən edilən açıqlamada, araşdırma çərçivəsində dəhşətli cinayətlər törədən, dəstə və ya narkotik kartellərinin üzvü olan və ya fırıldaqçılıq edənlərə qarşı qanundan istifadə edilməsi istənilib.
Bir çox səlahiyyətli və ekspertin fikrincə, hazırlanan bu addımın məqsədi bütün ölkədə qanuni immiqrantların “ürəklərinə qorxu salmaq”dır. “Case Western Reserve” Universitetinin hüquq professoru Kassandra Burke Robertson CNN-ə, "Mən vətəndaş hüquqlarının siyasiləşdirilməsindən həqiqətən narahatam. Düşünürəm ki, bu, bizim demokratik sistemimizlə tamamilə uyğun deyil”, – deyib.
Daha geniş əhatəyə malik olduğu bildirilən qanun ilk dəfə keçmiş prezident Kevin Ouen Makkarti dövründə kommunistlərə qarşı tətbiq edilib. Daha sonra 1979-cu ildə ABŞ Ədliyyə Nazirliyi nasistlərə yardım edən yüzlərlə insanı deportasiya etmək üçün bir bölmə yaratdı. İllərdir bu bölməyə rəhbərlik edən Eli Rosenbaum 100 nəfərin vətəndaşlıqdan çıxarılmasına və ya ölkədən deportasiyasına kömək edib. Rosenbaum da bu səbəbdən “Nasist ovçusu” kimi tanınırdı.
Digər tərəfdən, bu qanunun əhatə dairəsi əvvəllər də genişləndirilib. Qanun Barak Obamanın prezidentliyi dövründə vətəndaşlıq almaq üçün şəxsiyyətlərini oğurlayan insanları hədəf alan “Yanus əməliyyatı”nda istifadə edilib.
Tramp, ilk dövründə Ədliyyə Departamentində ofis yaradaraq 2020-ci ildə denaturalizasiya səylərini genişləndirməyə çalışdı, lakin bu ofis onun sələfi və xələfi Co Bayden dövründə sakitcə ləğv edildi.