Anti-türk və anti-Azərbaycan mövqeyi ilə tanınan farsçı Əli Əkbər Rəfiipur öz tvitində Pezeşkianın bu səfərini tənqid edərək onun davranışını Aşura mesajına zidd adlandırıb. O, təhqir və hədə tonunda belə yazıb:
“Cənab doktor Pezeşkian, axı Aşura mesajı “Heyhat minəz-zillə” deyilmi?
Biz sizin səmimiyyətinizi, sadəliyinizi və siyasi protokol çərçivələrinə sığmayan davranışınızı anlayırıq. Amma media və dünyanın digər insanları bunu belə başa düşmürlər. Zəhmət olmasa, bizi daha artıq bu … və İsrailin süfrəsində oturanların qarşısında zəlil etməyin. Ora gecə məclisi deyil ki, Əliyevin qarşısında ayağa qalxasınız.
Bilirsinizmi, ölkəmizə təcavüzdə əməkdaşlıqda ittiham olunan birini qucaqlamağın hansı faciəli nəticələri ola bilər?”
***
Əli Əkbər Rəfiipurun bu kimi kəskin reaksiya göstərməsi bir daha onu göstərir ki, İran adlanan ölkədə anti-Azərbaycan dairələr Azərbaycana qarşı əsassız ittihamlardan əl çəkmək niyyətində deyillər və bu məqsədlə hətta Pezeşkiyanı belə tapdalamağa hazırdırlar.
Halbuki Pezeşkianın Xankəndiyə səfəri əslində fars-molla rejiminin ehtiyac duyduğu bir səfəridir. O, bu səfərlə bölgədə gərginliyin azaldılmasında maraqlı olduqlarını və fars molla rejiminin İsrail qarşısında yaşadığı acı məğlubiyyəti ört-basdır etməyə cəhd etdiyini göstərmək istəyirdi. Lakin onun fars faşist çevrələri Przeşkianın addımını kobud və təhqiramiz şəkildə tənqid edir, hətta açıq təhdidlərə əl atırlar. Bu münasibət bir daha sübut edir ki, fars- molla rejimi nankor və xəbis xislətindən əl çəkmir və Azərbaycan dövlətinə qarşı düşmənçilik yolunda heç bir həddi gözləmirlər.