Kreml təbliğatçısı Vladimir Solovyov Yekaterinburqda Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü ilə bağlı rəsmi versiyaya gözlənilmədən açıq şəkildə şübhə edib. O, hüquq-mühafizə orqanlarının hərəkətlərinin qanuniliyini və şəffaflığını şübhə altına alaraq bildirib ki, “çoxlu suallar var, amma cavab yoxdur”.
Solovyov maraqlanıb ki, mərhumların məhkəmə-tibbi ekspertizası aparılıbmı, patoanatomik rəy varmı və niyə meyitlər bu qədər tez verilib. O, həmçinin saxlama prosesinin videoyazısının olub-olmadığını soruşub: “İndi siz necə sübut edəcəksiniz ki, bu xəsarətlər post mortem vurulub, ya yox? Video çəkiliş aparılıb? O var? Nə baş verib, necə baş verib? Müqavimət göstərilibmi? Kim meyitlərin verilməsi barədə qərar qəbul edib və hansı sənədlərə əsasən?”
Kreml təbliğatının ruporundan gələn bu gözlənilməz “refleksiya” Moskvada uğursuz güc kampaniyasının nəticələrindən uzaqlaşmağa və günahkar axtarmağa başlandıqlarına işarə ola bilər.