Güc nazirlikləri Putini tam əmin ediblər ki, bütün bu reydlər, yoxlanışlar cinayətkarlığın aradan qaldırılması üçündür. Bəs oliqarxlar xarici kəşfiyyatla əlaqəyə girib ölkədə terror törətməyə hazırlaşırlar və biz nazirlər olmasaq, ölkədə çevriliş baş verər.
Nə qədər KQB generalı olursa-olsun. Putinin ətrafında etibarlı adamlar azalıb, inam halqası daralıb. Üstəlik, mafiya çetesinin birliyi informasiyaların ona düzgün çatıb çatmamasını da şübhə altına alır.
Yekaterinburq hadisəsində 3 məziyyət mümkündür:
1. Güc nazirliklərinin (Müdafiə nazirliyini çıxmaq şərtilə) varlanma istəyi, kölgədə ölkəni idarə etmək planı.
2. Güc nazirliklərinə sızan xarici kəşfiyyatın Rusiyanı başqa ölkələrlə münasibətini pisləşdirmək, bununla da təcrid cəhdi.
3. Putinin regiondakı hadisələrdə iştirak etməməsi, Cənubi Qafqazda daha ona əhəmiyyət verilməməsindən qıcıqlanması, Azərbaycana dırnaqarası dərs verməsi.
Dünəndən şovinist təbliğatçılar nəyə görəsə, ritorikanı dəyişib Daxili İşlər Nazirliyi və FTX-ya mətnaltı atmacalar atırlar ki, Yekaterinburq reydinin məqsədi nə idi?
İstənilən halda Azərbaycan tərəfi onlara öz üslubunda cavab verdi ki, biz də qazyerişi yeritməyi bacarırıq.