Vaxt.Az

Subaylıq vergisi


 

Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı

Subaylıq vergisi Şimali Makedoniyanın Baş naziri Hristian Miçkoski paytaxt Skopyedə keçirilən “Demoqrafik meyllər, problemlər və mümkün həll yolları – demoqrafik dayanıqlılıq üçün strateji sənədlərin hazırlanması” adlı tədbirdə əhalinin azalması və ölkənin üzləşdiyi miqrasiya problemləri ilə bağlı dəyərləndirmələr edib.

Doğum və evliliklərin artırılması, miqrasiyanın azaldılması lazım olduğunu vurğulayan Miçkoski, demoqrafik durğunluğun təkcə Şimali Makedoniya üçün deyil, bütün Avropanın ortaq problemi olduğunu bildirib.

Bu problemlə mübarizə çərçivəsində müxtəlif araşdırmalar apardıqlarını bildirən Miçkoski, 2024-cü ildə ölkədə 16 min 61 uşaq doğulduğunu, 20 min 201 nəfərin həyatını itirdiyini bildirib.

Baş nazir vurğulayıb ki, bu rəqəmlər bir il ərzində əhalidə 4140 nəfərin “təbii azalma” olduğunu göstərir.

Doğum nisbətinin 2010-cu ildə mində 12,5, 2024-cü ildə isə mində 8,8 olduğunu vurğulayan Miçkoski, “Bu, təkcə rəqəmlərlə bağlı deyil. Bu, yayılan bir sükutdur. Biz təməllərin yıxıldığını deyəndə, təkcə korrupsiyadan, dayanmış layihələrdən və ya işləməyən qurumlardan danışmırıq, ailə strukturunun çökməsindən də danışırdıq. Buna görə də bu gün yüksək səslə deyirik – bu hökumət bu problemi diqqətdən kənarda qoymur”.

“Ümidin pasportdan daha vacib olduğu bir dövlət qurmalıyıq” deyən Miçkoski, subay kişi və qadınlara əlavə vergilər tətbiq etməyi ciddi şəkildə düşündüklərini bildirdi.

Həyatdan daha müqəddəs bir şey olmadığını deyən Miçkoski, “Dövlətimizin bu gün səssizcə boşalmasından daha ağrılı bir şey yoxdur. Ona görə deyirik ki, vaxtdır. Gələcəyin vaxtıdır. Daha çox uşaq doğulduğu, daha çox gəncin ailə qurduğu, daha çox insanın qayıtdığı və daha çox insanın ürəkdən yaşadığı bir ölkənin vaxtıdır”, – deyib.

 





05.07.2025    çap et  çap et