İclasda «Beynəlxalq xüsusi hüquq üzrə Haaqa Konfransının nizamnaməsinin təsdiq edilməsi haqda» qanun layihəsinin müzakirəsi, «Dövlət sirri» haqda qanuna dəyişikliklər, «Kəşfiyyat və əks-kəşfiyyat haqda» qanuna dəyişiklik nəzərdə tutulub.
Eyni zamanda «Əməliyyat Axtarış nəzarəti haqda», «Sığorta fəaliyyəti haqda», «Banklar haqda», «Dövlət rüsumu haqda» və «Fərdi məlumatlar haqda» qanuna və «İnzibati Xətalar Məcəlləsi», «Şəhərsalma və Tikinti Məcəlləsi», «Mülki Məcəllə», «Vergi Məcəlləsi»nə dəyişikliklər müzakirə olunacaq.