Tramp “Truth Social”da yazıb: ““BRİCS”in anti-Amerika siyasətləri ilə uyğunlaşan hər bir ölkə ƏLAVƏ 10 FAİZ GÖMRÜK rüsumuna tabe olacaq. Bu siyasətdə heç bir istisna olmayacaq".
Trampın bəyanatı BRİCS blokunun inkişaf etməkdə olan ölkələri Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sammitə toplaşarkən verilib.
“BRICS” qrupu Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya, İndoneziya və İrandan ibarətdir. Blok özünü “Qlobal Cənub ölkələrinin müxtəlif sahələrdə əməkdaşlıq üçün siyasi və diplomatik koordinasiya forumu və platforması” kimi təsvir edir.