Vaxt.Az

... “CƏHƏNNƏMDƏ”


 

“Bəs biz harda oynayaq?” ...

... “CƏHƏNNƏMDƏ” “Karvan” da hamını aldatdı da, bildiniz yəqin. Stadionun örtüyünü süni eləyirlər. Əvvəldən də elə edəcəkdilər. Sadəcə gördülər ki, ictimai təzyiq var, aranı sakitləşdirmək üçün kələk gəlib “təbii örtük olacaq” şayiəsini buraxdılar. Sonra isə yenə “A planı”na qayıtdılar.

Kənan Kərimov son müsahibəsində örtük məsələsiylə bağlı bunu deyib ki, təbii eləsək, vaxt itirəcək, yer axtarmalı olacağıq, “bəs biz harda oynayaq?”. Hörmətli mütəxəssisin sualının cavabını deyim: cəhənnəmdə!

Əsla kobudluq etdiyimi düşünməyin. Avqustun ortasında Yevlaxda süni örtükdə oynamaqla cəhənnəmdə oynamaq arasında heç bir fərq yoxdur. Eyni şeydir.

Ümid edirəm ki, AFFA rəhbərliyi bu kələyin böyüməsinə imkan verməyəcək və gələn mövsümdən örtüyün dəyişilməsini tələb edəcək. Bir dəfə də yazmışdım: bu örtük məsələsi “İcraKom” səviyyəsində müzakirə edilməli, Premyer Liqada oyunların süni örtükdə oynanılması qadağan edilməlidir.

“Karvan”a isə axırıncı yeri tutmağı arzulamıram, amma buna heç üzülməyəcəyimi də indidən deyirəm. Bir dənə ot işini həll edə bilməyən komanda elə aşağı liqada oynasa yaxşıdır.

 





07.07.2025    çap et  çap et