Vaxt.Az

Obamadan inanılmaz hərəkət


 

ABŞ prezidenti Ağ Evdə protokol qaydalarını pozub

Obamadan inanılmaz hərəkət ABŞ prezidenti Barak Obama və onun administrasiyasının rəhbəri Denis Makdonou Ağ Evin darvazasından çıxaraq Pensilvaniya küçəsində yerləşən «Starbucks» kafesinə gediblər.


Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, adətən, ABŞ prezidenti Ağ Evi yalnız zirehli «Limuzin»də, yaxud vertolyotla tərk etməlidir. Obama isə ciddi protokol qaydalarını pozaraq piyada Ağ Ev yaxınlığındakı kafeyə gedib.

Ərazini tərk edəndən 8 dəqiqə sonra Obama əlində stəkanla kafeyə girib. Prezident və onun administrasiyasının rəhbəri Vaşinqtonda havanın hərarətinin müsbət 30 dərəcə olmasına baxmayaraq, isti içki sifariş veriblər, ancaq onların bunu içib-içmədikləri bilinmir. Obama bu zaman pencəksiz, yalnız köynəkdə olub.

Kafeyə gedən yolda prezident qarşısına çıxanlarla salamlaşıb. Prezidenti həmin vaxt silahlı mühafizəçilər müşayiət ediblər.


 





10.06.2014    çap et  çap et