Görüşlərin özəl keçirildiyi üçün adının açıqlanmasını istəməyən “Bloomberg” xəbər saytına danışan mənbə bildirib ki, Ukraynanın baş naziri Denis Şmıxal Ukraynanın Vaşinqtondakı yeni səfiri vəzifəsinə potensial namizəddir.
Bu vəzifəyə digər potensial namizədlər arasında baş nazirin müavini Olqa Stefanişina, müdafiə naziri Rüstəm Ömərov və energetika naziri Qaluşenko da var.
***
Oksana Markarova hazırda Ukraynanın ABŞ-dakı səfiridir. “Bloomberg”in dəyərləndirməsinə görə, Markarovanın yerinə yeni adın təyin edilməsi də ABŞ-Ukrayna münasibətlərində həssas bir vaxta təsadüf edəcək. Rusiya-Ukrayna müharibəsi 3 ildən artıqdır davam edərkən, Tramp administrasiyası ötən həftə Ukraynaya bəzi sursatların göndərilməsini dayandırıb. Zelenski-Tramp görüşü bu addımdan sonra baş tutub.
Görüşdən xəbəri olan mənbə bildirib ki, Zelenski Dövlət Departamentinə Ukraynanın növbəti səfirinin təyin olunmasını ABŞ tərəfi ilə müzakirə etməyi tapşırıb.