ABŞ prezidenti Donald Trampın Yaponiya və Cənubi Koreyadan gələn mallara 25 faizlik gömrük rüsumunu elan etməsindən sonra Yapon yeni və Cənubi Koreya vonunun məzənnəsi ucuzlaşıb.Tramp dünən Yaponiya və Cənubi Koreya kimi əsas təchizatçılardan tutmuş kiçik oyunçulara qədər bütün ticarət tərəfdaşlarına avqustun 1-dən etibarən daha yüksək tariflər tətbiq edəcəyini açıqladı. Daha sonra o, ölkələrin təkliflər təqdim edəcəyi təqdirdə müddətin uzadılmasına açıq olduğunu dedi.
Bu elan investorları çaşdırdı və bir gecədə Yapon yeni və Cənubi Koreya vonunu təxminən 1 faiz ucuzlaşdırdı.
Yen dollara nisbətdə iki həftənin ən aşağı səviyyəsinə (146,44) düşüb. Von dollara nisbətdə 0,4 faiz bahalaşaraq 1 370,20 olub.
çap et