Pakistan ordusunun havadan zərbələri nəticəsində radikal silahlı qruplaşmanın azı 15 üzvü öldürülüb. ANS PRESS xəbər verir ki, bu barədə «Associated Press» agentliyi Pakistan hərbi komandanlığına istinadən xəbər verir. Aviazərbələr Əfqanıstanla sərhəd yaxınlığındakı Tirax dərəsi ərazisinə endirilib.Pakistan hərbçiləri reydlər zamanı 9 silah-sursat anbarının da məhv edildiyini bildiriblər.
Zərərsizləşdirilənlərin «Taliban» hərəkatının üzvləri olduğu ehtimal edilir.
Döyüşçülərin mövqelərinə havadan zərbələr «Taliban» hərəkatı Kəraçi hava limanına hücuma görə məsuliyyəti öz üzərinə götürdükdən bir gün sonraya təsadüf edib. «Taliban» 30 nəfərin öldüyü həmin hücumun hərəkat liderinin öldürülməsinə görə qisas olduğunu bəyan edib.
çap et