Vaxt.Az

Yeni tariflərin qızıla təsiri


 

Qiymətli metal itirdiklərini geri qaytarıb

Yeni tariflərin qızıla təsiri ABŞ prezidenti Donald Trampın bir çox ölkəyə yeni tariflər elan etməsindən sonra birjalarda təhlükəsiz sığınacaqlara tələbatı artırıb və nəticədə qızıl itkilərini bərpa edib.

Bu gün külçə qızılın unsiyası təxminən 3,335 dollar səviyyəsində olub.

Asiya ölkələri Trampın dünən elan etdiyi bir sıra birtərəfli xəbərdarlıqların və ticarət razılaşmalarının ilk hədəfi olub. Ağ Ev ABŞ-la razılaşmayan ölkələrə daha yüksək tariflər tətbiq etməyə hazırlaşarkən, investorlar mümkün yeni hadisələrdən ehtiyat edirlər. Bununla belə, Trampın yeni tarifləri avqustun 1-nə qədər təxirə salması təsirə məruz qalan ölkələrə razılığa gəlmək üçün əlavə üç həftə vaxt verib.

Bakı vaxtı ilə səhər saat 3:15-də spot qızılın unsiyası 3,337,30 dollar səviyyəsində olub. “Bloomberg Dollar Spot” İndeksi bazar ertəsi 0,5 faiz artdıqdan sonra 0,1 faiz azalıb. Gümüş və palladium az dəyişdi, platin isə bir qədər ucuzlaşıb.

 





08.07.2025    çap et  çap et