Bir ara isə cinayətkar Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün rəhbərlik etdiyi klan hərəkətə gətirildi. Mitinqlər keçirdilər. Ancaq xalq onlara dəstək vermədiyindən fiaskoya uğradı.
Sonra Rusiya keşiş Baqrat Qalstanyan projesini ortaya atdı. Dindarların, kilsənin əli ilə hakimiyyəti devirməyə çalışdı. Baqratla bu işin olmayacağını görüb əhatə dairəsini böyütdülər və Eçimədzin kilsəsini, keşiş ikinci Qaregini çevriliş senarisində önə çıxardılar. Nikol Paşinyan Baqaratı həbs etdirdi. Keşiş Qaregin və ətrafını isə küncə sıxışdıra bildi. Bu dəfə Rusiya erməni əsilli Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyanı Ermənistanda hakimiyyəti ələ keçirmək üçün ezam etdi. Paşinyanın cavab addımı dərhal və sərt oldu. Samvel Karapetyana cinayət işi açıldı və onu həbs etdilər. Bundan sonra həbs dalğası genişləndirildi. Beləliklə, Rusiyada əminlik yaranıb ki, taktika özünü doğrulda bilmir. İrəli sürdükləri milyarderlər, onlara casusluq edən siyasətçilər və keşişlər, həmçinin nüfuzu olmayan Qarabağ klanı kartı işləmədi. Ona görə də Rusiya ənənəvi hərbi güc yoluna keçmək fikrinə düşdüyünü Gümrüdəki hərbçilərinin sayını artırmaq istəməsi ilə ortaya qoyur".
Qeyd edim ki, Ukrayna ilə müharibədə ordusunun şəxsi heyətinə hər keçən gün daha çox əsgər lazım olan Rusiya Ermənistandakı hərbçilərinin sayını artırırsa, bunun arxasında böyük planın olduğundan xəbər verir: “Ermənistanda qəfildən rus hərbi qüvvələrinin güc yolu ilə hakimiyyəti dəyişməyə cəhd göstərəcəyi istisna deyil. Rusiya hesab edir ki, Ermənistanı tamamilə itirməmək üçün 102-ci hərbi bazanın gücündən istifadə etmək lazım olacaq. Ona görə də Krımdan və Rostovdan Ermənistandakı 102-ci hərbi bazaya yeni qüvvələr gətirilir. Ukrayna kəşfiyyatının əldə etdiyi xəbər boşuna deyil”.