Türkiyə DİN-in açıqlamasında bildirilir ki, Hava Qüvvələri komandanlığında təhlükəsizlik xidmətinin iki əməkdaşı isə işdən çıxarılıb.
Xatırladaq ki, Türkiyədə dövlət bayrağının dirəkdən endirilməsi ölkənin hər yanında kəskin reaksiya doğurub. Ölkə prezidenti Abdulah Gül məsələ ilə bağlı açıqlama verərək, bayrağın endirilməsini kəskin şəkildə pisləmişdi.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə dövlət bayrağının endirilməsinin təxribat olduğunu demişdi: «Bayrağı endirənin uşaq olması bizi maraqlandırmır. Buna səsssiz qalmaq mümkün deyil. Bunun qarşılığı hökmən olacaq».