Bundan əlavə, “Goldman Sachs” “S&P 500” indeksinin 3 ayda 3 faiz artaraq 6400-ə, 6 ayda isə 6 faiz artaraq 6600-ə çatacağını gözləyir.
“Goldman Sachs”ın proqnozlarındakı bu dəyişikliyin üç əsas səbəbi 2026-cı ildə güclü iqtisadi artım gözləntiləri, FED-in faiz dərəcələrini aşağı salmaq planları və böyük şirkətlərin möhkəm təməlləridir.
Bundan əlavə, “Goldman Sachs” “S&P500”ün proqnozlaşdırılan qiymət/mənfəət nisbətini 20,4-dən 22-yə yüksəltdi. Səhm başına gözlənilən mənfəətin (EPS) artımı 2025 və 2026-cı illər üçün 7 faiz olaraq qiymətləndirilir.
Digər tərəfdən, “Goldman Sachs” investorlara balanslaşdırılmış və şaxələndirilmiş portfellərə, alternativ aktiv menecerlərinə və aşağı istiqraz gəlirlərindən faydalanan şirkətlərə investisiya qoymağı tövsiyə edir.