Vaxt.Az

«Ərdoğan, sən cavab verməli idin»


 

Baxçalı bayraq məsələsinə görə baş naziri yerdən-yerə vurdu

«Ərdoğan, sən cavab verməli idin» «Ərdoğan, PKK üzvlərinin Türkiyə bayrağını endirməsinə görə hesab verməli olan şəxslər əsgərlər yox, sənsən!»


Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı PKK üzvlərinin Diyarbəkir 2-ci Hərbi-Hava Qüvvələri komandanlığında Türkiyə bayrağının endirilməsinə münasibət bildirərkən deyib.

«Diyarbəkirdə üzləri bağlı bir qrup PKK-çı Hərbi-Hava Qüvvələri komandanlığının ərazisində olan bayrağımızı endirib» deyən D.Baxçalı buna görə hesab verməli olan şəxsin baş nazir Rəcəb Tayyib Ərdoğan olduğunu söyləyib: «Bayraq dirəyinə çıxaraq şəhidimizin əmanətini, varlığımızın nişanəsini şərəfsizcəsinə endiriblər. Endirilən bayraq PKK-çılar tərəfindən yerlərdə sürüdüldü. Ərdoğan, səndən soruşuram: «Əsgər və zabitlər bunun hesabını verəcək» deyirsə, ən böyük hesabı sən verməlisən».

«Bayraq düşərsə, vətən düşər» deyər MHP lideri bayrağın endirilməsinə icazə vermiş əsgər və zabitlərlə bağlı da sərt ifadələr işlədib: «Bayraq düşərkən bir həssas, halal loxma yemiş, ürəyi vətən və bayraq sevgisi ilə döyünən bir əsgər çıxıb həmin şərəfsizlərə niyə cavab vermədi? Türk bayrağını qorumaqda aciz olan əsgər və zabitlər harada idi?»

D.Baxçalı Diyarbəkir 2-ci Hərbi-Hava Qüvvələri komandirinin və baş qərargah rəisinin istefa verməsini də tələb edib.

 





10.06.2014    çap et  çap et