Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bundan öncə İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia ediblər. (Donya-e-eqtesad)
Amma Azərbaycanda iranpərəst sosial şəbəkə istifadəçiləri deyirlər Azərbaycan hava məkanından İrana qarşı istifadə edilib .
***
İran prezidenti Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməyib fikrini bəyan etsə də, fars-molla rejiminin daxilində olan şovnist qüvvələr Azərbaycanı hədələməyə davam edirlər.
Bakını bu dəfə “İslam Respublikası” qəzeti hədəfə alıb: “Ya sübut etsinlər, ya da cəzaya hazır olsunlar”.
İran İslam Respublikası dövrünün ilk və ən tanınmış mətbuat orqanlarından biri olan, müstəqil və tənqidi mövqeyi ilə seçilən “İslam Respublikası” qəzeti prezident Məsud Pezeşkianın Azərbaycana səfəri kontekstində Bakıya qarşı sərt mövqe sərgiləyib.
Qəzet öz məqaləsində Azərbaycanın ərazisindən İrana qarşı istifadə edilməsi ilə bağlı iddialara toxunaraq, “Artıq Azərbaycan Prezidenti və digər rəsmilərinin bu ölkənin ərazisindən İrana qarşı istifadə olunmasına aydınlıq gətirməsinin vaxtı çatıb. Azərbaycan rəsmiləri bilməlidirlər ki, İranda heç kəs bu millətə “xəyanət” edəni bağışlamayacaq”, – yazıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan hakimiyyəti ya İsraillə əməkdaşlıq etmədiyini sübut etməli, ya da “cəzalandırılacaqları günü” gözləməlidir.