Yanğının söndürülməsi üçün əraziyə 720 yanğınsöndürən və 230 yanğınsöndürən maşın göndərilib. Yanğın indiyədək 700 hektar yaşıl sahəni külə çevirib.
Yanğın nəticəsində 4 vətəndaş xəstəxanaya çatdırılıb, 9 yanğınsöndürən tüstüdən zərər çəkib, 1 yanğınsöndürən isə çiynindən xəsarət alıb.
Marsel şəhərinin meri Benoit Payan yanğın səbəbindən 400 nəfərin evlərindən təxliyə edildiyini bildirib.
Fransanın daxili işlər naziri Bruno Retallonun ölkənin ikinci böyük şəhəri olan Marselə gələcəyi gözlənilir.
Külək səbəbindən sürətlə yayılan yanğın Marselin şimalına çatıb. Pennes-Mirabeau və Marsel arasındakı A55 avtomobil yolu da nəqliyyatın hərəkəti üçün qismən bağlanıb.
Marselə gedib və gələn qatarların hərəkəti dayandırılıb. Yanğınlarının artmasına görə Marsel Provans hava limanı da bağlanıb.
Marsel hava limanının sözçüsü, istiqamətini dəyişdirmək məcburiyyətində qaldığını və uçuşların Nitsa və Nimes kimi digər bölgələrdəki hava limanlarına yönəldildiyini deyib. Hava limanının nə vaxt açılacağı bəlli deyil.
Yerli hakimiyyət orqanları Marselin 16-cı məhəlləsinin sakinlərinə bu gün sürətlə yayılan yanğın qorxusu səbəbindən evlərini tərk etməmək barədə xəbərdarlıq edib.