Vaxt.Az

Mirqədirovun çoxdan gözlənilən bəyanatı


 

Bunu mətbuata jurnalistin vəkili Elmar Süleymanov yayıb

Mirqədirovun çoxdan gözlənilən bəyanatı Həbsdə olan jurnalist Rauf Mirqədirov bəyanat yayıb. Bunu ANS PRESS-ə R.Mirqədirovun vəkili Elmar Süleymanov deyib.


Bəyanatda deyilir:

«Məni Türkiyə Cümhuriyyəti ərazisində vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş bir hadisədir. Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədarətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası PA-nın növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verilmişdir. Düşünürəm ki, prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir».

Xatırladaq ki, jurnalist Rauf Mirqədirov «Dövlətə xəyanət» ittihamı ilə həbs edilib.

 





10.06.2014    çap et  çap et