İranda iqtisadi böhran daha da dərinləşir. Tehran Birjasında baş verən kəskin tənəzzül və minlərlə vətəndaşın sərmayəsini itirməsi ölkə daxilində narazılıq dalğasını gücləndirib.Son günlərdə minlərlə etirazçı Birja Təşkilatının Tehran mərkəzi qarşısında toplaşaraq hökumətin iqtisadi siyasətinə qarşı etiraz aksiyaları keçirib. Vətəndaşlar dövlətin birja bazarına manipulyativ müdaxilələri, şəffaf olmayan idarəetmə və buna cavabdeh olmaması ilə bağlı narahatlıqlarını səsləndirirlər.
Etirazçılar bildirirlər ki, rejim illərlə birjanı “güvənli sərmayə fürsəti” kimi təqdim edərək əhalini bu bazara cəlb edib. Lakin indi bir çox vətəndaş öz əmanətlərini tamamilə itirdiklərini və aldadıldıqlarını deyir.
çap et