Hazenheyde – bu ad Berlin-Kreuzbergdə bir küçənin və yanındakı parkın adıdır. Küçə boyunca onlarla çörəkbişirmə yeri, dönərxana, Asiya restoranları, gözəllik salonları, köşklər və bərbərxana yerləşir. Yalnız 23 və 31 nömrəli binaların qarşısı hələlik sakitdir – amma bu, uzun çəkməyəcək.
Hakimiyyət orada, hazırda boş olan ofis kompleksində qaçqınlar üçün ilkin qəbul mərkəzi planlaşdırır.
760 nəfər buraya köçəcək. Onların əksəriyyəti Ukrayna, Türkiyə, Suriya və Əfqanıstandan gələn ailələrdən ibarət olacaq. Bundan əlavə, 160 uşaq üçün ayrıca bir qəbul mərkəzi də planlaşdırılır. Yay aylarında binanın yaşayış sahəsinə uyğunlaşdırılması işləri başlayacaq və ən geci 2027-ci ilin əvvəlində köç planlaşdırılır. Qaçqın İşləri üzrə Dövlət İdarəsi (LAF) əmlak sahibinə ayda 1.2 milyon avro icarə haqqı ödəyəcək. Bu mərkəz 10 illik fəaliyyət üçün planlaşdırılıb.
Kreuzberg yaşıl partiyalı bir bələdiyyə başçısı tərəfindən idarə olunan multikiultural bölgədir. Bəs burada qaçqın mərkəzi inşa olunarsa, nə baş verəcək? Son dövrlərdə ölkədə miqrasiyaya qarşı tonun sərtləşdiyi və məhdudlaşdırmanın siyasi konsensusa çevrildiyi halda, bu müzakirələr burada fərqlimi aparılacaq?
Bu sualların cavabı yaxın zamanlarda aydın olacaq, amma artıq yalnız bu fikrin ortaya atılması belə cəmiyyətdə müzakirə və gərginlik yaradıb.