Hələ ki, dəqiq yoluxma sayı demək mümkün deyil. Həkimlər və tibb laboratoriyalar şübhəli halları bildirməyə və bu tip enteroviruslara qarşı diaqnostik metodları daha geniş şəkildə istifadə etməyə çağırılır.
RKI-yə görə, vaksin olunmayan şəxslər nadir hallarda olsa da uşaq iflicinə yoluxa bilər. RKI prezidenti Lars Şaade, “Almaniyadakı hər kəs uşaq iflicinə qarşı vaksin olunmalıdır”, – bildirib.
Halbuki uşaq vaksinasiyası 12 aylığında tamamlanmalıdır. Amma Almaniyada 1 yaşlı uşaqların yalnız 21 faizi tam vaksin olunub.
Poliomielit və ya qısaca uşaq iflici, mərkəzi sinir sisteminə hücum edir və nəfəsalma əzələləri təsirləndikdə daimi iflicə və hətta ölümə səbəb ola bilər. Virus adətən ifrazla xaric olur və çirkli su və zəif gigiyena şəraiti virusun yayılmasını asanlaşdırır.
Yoluxanların çoxunda xəstəlik əlamətsiz keçir. Yoluxanların yalnız 4-8 faizində qızdırma, soyuqdəymə, yorğunluq kimi yüngül simptomlar olur. Əgər mərkəzi sinir sistemi virusdan təsirlənərsə, əllərdə, ayaqlarda və tənəffüs sistemində iflic baş verə bilər.