“Topaz”, “misli”, bet sayları, poz-qazan – bunlar qumar deyil, bəyəm? Əhalinin ciddi bir hissəsi də məşğul olur bu işlə. Üstəlik, kazinoların müştəri hədəfi heç də Azərbaycan xalqı deyil, turistlərdir.
Yaxın Şərqin qaranlıq mühitinin içində cibindəki milyonları xərcləməyə yer tapmayan yüz minlərlə zəngin adam var. Hədəf onlardır. İranın mollaktratik elitasından tutmuş, Səudiyyə şeyxlərinə qədər.
1 il bundan əvvəl BƏƏ-nin Ras Al Xaima Əmirliyi yaxın şərqdə kazinolara icazə verən ilk şəhər olmaq qərarı qəbul etmişdi. Ras Al Xaima yaxın bir neçə ilə yaxın şərqin Las Veqası olacaq.
Hal-hazırda orada çox dəhşətli işlər görülür.
Sadəcə bir faktı yazım. Son 1 ildə Ras Al Xaimada əmlak qiymətləri 2 dəfədən çox qalxıb. Yəni, 1 il əvvəl 1 milyona alınan əmlak hazırda 2 milyondur. Və dayanmayacaq, durmadan qalxacaq.
Azərbaycandan artıq nə qədər zəngin Sadəcə ev almaqla orada əmlaka yatırım edib və ciddi pullar qazanırlar.
Bakıda kazino məsələsi, əgər tutsa, alınsa, başda əmlak və tikinti sektoru olmaqla, zəncirvari şəkildə bütün iş sektorlarını canlandıracaq, ölkəyə ciddi pullar gətirəcək.
Bakının Ras Al Xaima ilə müqayisədə ciddi üstünlükləri də var. Birincisi tarixi, memarlığı, estetikası ilə Bakı dünənədək səhranın ortasındakı balaca qəsəbə olan Ras Al Xaimadan üstündür.
Havası, mətbəxi, gecə həyatı, dünyəvilik faktoru, başqa 50 səbəb. Qısası, Bakı xeyli öndədir.
Ras Al Xaimanın yeganə üstünlüyü dənizdir. Bakını sahilində yerləşdiyi Xəzər göldür. Özü də sürətlə quruyur. Və ən əsası, Xəzərin suyunun 90 faizini verən Volqa çayı Rusiyanın əlindədir.
Bu Bakının da, Azərbaycanın da strateji zəifliyidir. Dənizimiz göldür, suyun da qabağında əjdaha durub.
Amma, mən ümidliyəm. Ağılla, strateji davranmaqla Bakını dünyada çox nəhəng turizm paytaxtına çevirmək mümkündür. Doğrudan, mümkündür.