Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin qarşısında toplaşan nümayişçilər bildiriblər ki, Rusiya mediası Ermənistana qarşı düşmən təbliğatı aparır və ölkənin təhlükəsizliyi üçün təhdid yaradır.
Aksiya iştirakçıları, həmçinin “Düşmən kanallarına yox!” yazılmış plakatlar tutublar və “Rusiya, sus!” şüarları səsləndiriblər.
“Respublika naminə” partiyasının sədr müavini Ruben Meğrabyan “Sputnik Armenia”nın fəaliyyətinin tamamilə qadağan olunmasını tələb edib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə bəyan edib ki, ümumiyyətlə, Rusiya mediası informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir.
Göründüyü kimi ermənilər gec də olsa dərk etməyə başlayırlar ki, Rusiya Cənubi Qafqazda sülhün və tərəqqinin qarşısını alan bir nömrəli toksik ölkədir. Lakin bununla yanaşı, Rusiyanın təlimatı üzrə fəaliyyət göstərən radikal erməni müxalifəti isə kilsə ilə birləşərək Paşinyan iqtidarına qarşı mübarizəni davam etdirir. Və bu mübarizədə Rusiya mediası da Paşinyanın əleyhdarlarına ciddi dəstək verir.
Ümid edək ki, Paşinyan özündə güc tapıb Rusiya mətbuatının Cənubi Qafqazdan qovulması üçün kəsərli addımlar atmağı bacaracaq. Putin isə elə bu köhnə televizorlar kimi günün birində tarixin tozlu arxivinə köçəcək.