BMM-nin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə yubiley yaşı münasibəti ilə mərkəzin hər iki əməkdaşını təbrik edib, uzun ömür, can sağlığı arzulayıb. Daha sonra yubilyar əməkdaşlara uzunillik səmərəli və nümunəvi fəaliyyətlərinə görə Təşəkkürnamə təqdim olunub.
S.Rüstəmov adına XÇA Orkestrinin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov kamança ifaçısı Vidadi Paşayevə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Yubilyar əməkdaşlar əməklərinə verilən qiymət və diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.