Vaxt.Az

Mingəçevir SES-lə bağlı qorxulu açıqlama


 

«Su Anbarının altında zəlzələ ocağı yerləşir»

Mingəçevir SES-lə bağlı qorxulu açıqlama «Mingəçevir Su Anbarı çoxdan problemlidir. Bununla bağlı dəfələrlə müraciət olunub ki, orada kompleks tədqiqatlar aparmaq lazımdır. Həmçinin, adıçəkilən su anbarında monitorinq sistemi qurulmalıdır».


Vaxt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, 2010-ci ildə Kür daşqınları zamanı Mingəçevir su anbarında da təhlükəli vəziyyət yaranıb: «O zaman suyun axınının səviyyəsini aşağı salmışdılar. Həmin dövrdə seysmiklik artmağa başladı. Çünki həmin hövzənin altında zəlzələ ocağı yerləşir. Həmin ərazi seymogen ərazidir».

Ölkə paytaxtına gəlincə, Qurban Yetirmişli bildirib ki, Bakıya zəlzələ təhlükəsi Xəzər dənizindəki zəlzələ ocaqlarından gözlənilir: «Orada həmişə proses gedir və Xəzərdə zəlzələ ocaqları var. Amma Abşeronda zəlzələ ocağı yoxdur. Xəzər dənizi isə potensial gücə malik zəlzələ ocaqlarından ibarətdir».

 





10.06.2014    çap et  çap et