Vaxt.Az

Əyləc və yanğın riski


 

Minlərlə “Mercedes-Benz” geri çağırıldı

Əyləc və yanğın riski Fransada minlərlə “Mercedes-Benz” modeli geri çağırılır. Səbəb isə təhlükəli texniki nasazlıqlardır. Ölkədəki istehlak təhlükəsizliyi platforması “RappelConso”, 4 iyul 2025-ci il tarixində “Mercedes” markalı bir sıra modellərlə bağlı iki fərqli texniki problem səbəbilə geri çağırmağa başladığını açıqlayıb.

 

Birinci problem – əyləc borularında nasazlıq

2024-cü ilin 27 fevral – 14 mart tarixləri arasında istehsal edilən “A” və “CLA” seriyası avtomobillərdə arxa ox hissəsində yerləşən əyləc borularının uzunluğu standartlara uyğun deyil. Boruların, avtomobilin digər hissələri ilə təması nəticəsində aşınma və əyləc mayesi sızması baş verə bilər.

Bu nasazlıq, avtomobilin əyləc sisteminin qismən sıradan çıxması və qəza riski ilə nəticələnə bilər.

 

İkinci problem – elektrik qutusu və yanğın təhlükəsi

Geri çağırılmaya səbəb olan ikinci texniki qüsur daha geniş model siyahısını əhatə edir. 2023-cü ilin yanvar–oktyabr ayları arasında satılmış aşağıdakı modellər elektrik sistemindəki ciddi nasazlıqlar səbəbilə təhlükə altındadır:

“Mercedes C” sinfi

“Mercedes CLE”

“Mercedes E” sinfi

“Mercedes EQE” və “EQE SUV”

“Mercedes EQS”

“Mercedes GLC”

“Mercedes S” sinfi

Bu modellərdəki elektrik qutusunda istehsal xətası mövcuddur. Nəticədə, yanlış elektrik və bağlantı səhvləri səbəbilə avtomobildə ani elektrik kəsintisi, yanğın riski və ya sürmə zamanı mühərrikin dayanması mümkündür.

 

Avtomobil sahiblərinə çağırış

Fransadakı “Mercedes” sahibləri vaxt itirmədən rəsmi diler və servis mərkəzlərinə müraciət etməlidirlər. Nasaz hissələr ödənişsiz şəkildə dəyişdiriləcək.

 





09.07.2025    çap et  çap et