Vaxt.Az

UEFA “Fənərbağça”nı nəzarətə götürdü


 

5 ulduzlu logo ilə bağlı araşdırma başladı, ciddi cəzalar ola bilər, “PUMA” müqaviləni xətm etdi

UEFA “Fənərbağça”nı nəzarətə götürdü Avropanın futbol qurumu UEFA, Türkiyənin köklü klublarından olan “Fənərbağça” haqqında 5 ulduzlu loqonu rəsmi geyimlərdə istifadə etdiyi və bu vasitə ilə gəlir əldə etdiyi üçün rəsmi araşdırma başladıb.

UEFA-nın qeydiyyatında olmayan və rəsmi olaraq tanınmayan 5 ulduzlu logonun, klubun formalarında yer alması ağır cəzalarla nəticələnə bilər.

 

Hansı cəzalar mümkündür?

“Fənərbağça”nın UEFA-nın rəsmi turnirlərindən kənarlaşdırılması

Klubun yüksək məbləğdə maliyyə cəzası ilə üzləşməsi

 

PUMA müqaviləni pozdu

Məşhur idman geyim brendi “PUMA”, “Fənərbağça” ilə olan 2 illik forma sponsorluğu müqaviləsini bir tərəfli ləğv etdiyini elan edib. Şirkət, rəsmi UEFA qaydalarına zidd olaraq istifadə edilən loqonu əsas gətirərək, forma istehsalını dayandırdığını bəyan edib.

 

UEFA qaydaları nə deyir?

UEFA-nın qaydalarına əsasən: “Klublar, yalnız UEFA tərəfindən rəsmi olaraq tanınan loqoları və simvolları rəqəmsal və fiziki rəsmi geyimlərdə (oyun formaları) istifadə edə bilər.”

Yəni tanınmamış simvollar, sadəcə olaraq xüsusi dizaynlı geyimlər (məşq köynəkləri, gündəlik t-shirtlər),

Suvenir məhsullar (azarkeş üçün nəzərdə tutulan mallar) üzərində icazə daxilində istifadə oluna bilər.

***

Bu araşdırmanın nəticəsində, “Fənərbağça”nın UEFA turnirlərinə qatılmasının müvəqqəti dayandırılması, eyni zamanda sərt cərimələr gündəmdədir. Klub rəhbərliyinin isə UEFA ilə əlaqəyə keçərək məsələni yumşaltmağa çalışdığı bildirilir.

Mövzu ilə bağlı daha ətraflı açıqlama gözlənilir.

 





10.07.2025    çap et  çap et