Demokratiya bəyənilir, amma təhlükədə sayılır
16–26 yaş arası 6.700-dən çox gəncin iştirak etdiyi araşdırma Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Polşa və Böyük Britaniya ərazisində aparılıb.
Nəticələrə görə:
Gənclərin 57 faizi demokratiyanı digər idarəetmə formalarından üstün sayır.
Eyni zamanda, 48 faiz respondent yaşadığı ölkədə demokratiyanın təhlükə altında olduğunu düşünür.
21 faiz isə bəzi hallarda avtoritar rejimin demokratiyadan daha effektiv ola biləcəyini qeyd edib.
Ölkələr üzrə demokratiyaya dəstək səviyyəsi:
Ölkə |
Demokratiyanı dəstəkləyənlər (faizlə) |
Almaniya |
71 |
Fransa |
61 |
İtaliya |
55 |
Yunanıstan |
52 |
Böyük Britaniya |
50 |
İspaniya |
50 |
Polşa |
48 |
Siyasi meyllər dəyişir
Sorğuya əsasən, son 4 ildə sağ yönümlü gənclərin sayı artaraq 14 faizdən 19 faizə yüksəlib. Sol yönlü gənclərin sayı da, xüsusilə Almaniya, Fransa və İtaliyada artım göstərib.
Berlin Azad Universitetindən professor Torsten Faas bildirib ki, “özünü sağçı kimi tanıdan və iqtisadi baxımdan çətinlik yaşayan gənclər arasında demokratiyaya dəstək cəmi üçdə birə düşüb. Bu isə daxili təhdidlərə işarədir”.
Gənclərin Avropa Birliyinə münasibəti necədir?
51 faizi deyir ki, “Avropa Birliyi yaxşı fikirdir, amma zəif idarə olunur.”
40 faiz isə AB-nin yetərincə demokratik olmadığını düşünür.
53 faiz AB-nin “önəmsiz məsələlərə çox fokuslandığını” deyir.
Sonuncu fikrə ən çox dəstək verən 63 faizlə yunanıstanlı gəncləri olub.
Gənclərə görə AB-nin prioritetləri
İnflyasiya və həyat bahalılığı ilə mübarizə
Təhlükəsizlik və müdafiənin gücləndirilməsi
Gənc sahibkarlar və biznes üçün daha yaxşı şərtlər
66 faiz “Avropa Birliyi üzvlüyü müsbət bir şeydir” hesab edir. Böyük Britaniya gənclərinin 73 faizi ölkələrinin yenidən AB-yə qayıtmasını istəyir
Miqrasiya siyasətinə baxış sərtləşir
Sorğu göstərir ki, 2021-ci ildə 26 faiz daha sərt miqrasiya siyasətini dəstəkləyirdisə, 2025-ci ildə bu rəqəm 38 faizə yüksəlib.
***
Araşdırma göstərir ki, gənclər hələ də demokratiyaya böyük ölçüdə inanır, lakin iqtisadi qeyri-bərabərlik, siyasi qütbləşmə və sosial narahatlıqlar səbəbindən bu dəstək zəifləyə bilər.