Vaxt.Az

FHN-də həyəcan


 

Rayonlarda həyat iflic oldu

FHN-də həyəcan Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraitinin kəskin dəyişməsi ilə bağlı rəsmi məlumat yayıb.


Vaxt.az nazirliyə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 10.06.2014 tarixində axşam saatlarından başlayaraq respublikanın şimal və qərb rayonlarında hava şəraiti kəskin dəyişib. Gəncə, Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub.

Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katastrofik dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlərinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərrüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb.

Hal-hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür. Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

 





11.06.2014    çap et  çap et