Vaxt.Az

“Bitcoin”də yeni zirvə


 

Kriptovalyuta 112 min dollara yaxınlaşdı

“Bitcoin”də yeni zirvə Kriptovalyuta bazarının nəhəngi olan “Bitcoin”, bütün zamanların rekord səviyyəsinə – 112 min dollara yaxınlaşıb.

Dünən gec saatlarda artan risk iştahası və davam edən tələblə birlikdə “Bitcoin”, 111.988,90 dollarla yeni zirvəyə çatıb. Hazırda isə 0,4 faiz artımla 111.259 dollardan ticarət olunur. İl əvvəlindən bu yana “Bitcoin” dəyərini 18 faizdən çox artırıb.

“Capital Management” şirkətinin qurucusu və baş direktoru Entoni Pompliano investorlar üçün yaydığı məktubda bildirib: ““Bitcoin”, böyüdükcə riski azalan yeganə aktivdir.”

ABŞ-da Tramp administrasiyasının kriptovalyutalara dost yanaşması və sektora göstərilən siyasi dəstək, rəqəmsal aktivlərə böyük sərmayə axınına səbəb olub.

 





10.07.2025    çap et  çap et