“Brent” markalı neft bu gün sabit bağlanışdan sonra 70 dollar ətrafında ticarət olunur, WTI (ABŞ xam nefti) isə təxminən 68 dollar səviyyəsindədir. Rəsmi məlumatlara görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları 7,1 milyon barel artıb ki, bu da yanvar ayından bəri ən böyük həcm sayılır. “Cushing” anbar mərkəzindəki ehtiyatlar da may ayından bəri ilk dəfə artım göstərib.
Bazar Tramp administrasiyasının gömrük tarifləri ilə bağlı qərarlarını diqqətlə izləyir. Son olaraq Braziliya, mis idxalı və digər ölkələrə qarşı yönəlmiş ticarət təhdidlərinin fonunda yüksək rüsumlarla üzləşib.
Buna baxmayaraq, OPEC+ ölkələrinin avqustda gözləniləndən artıq hasilat artımına qərar verməsinə rəğmən, neft qiymətləri həftə ərzində hələ də müəyyən qədər yüksəlişdə qalır. Qrup yay aylarında güclü tələbatın olacağına və əlavə hasilatın bazarda balans yaradacağına ümid edir. Lakin ilin sonlarına doğru tələbatın azalacağı və potensial olaraq təklif bolluğu yaranacağı ilə bağlı narahatlıqlar qalır.
Qeyd edək ki, Azərbaycanın yüngül nefti “Azeri Light” 78 dolların üzərində ticarət edilir.