Vaxt.Az

4 trilyon dollar bazar dəyəri


 

“Nvidia” bu zirvəyə çatan ilk şirkət oldu

4 trilyon dollar bazar dəyəri ABŞ-ın çip istehsalçısı “Nvidia” tarixdə ilk dəfə olaraq 4 trilyon dollar bazar dəyərinə çataraq bir ilkə imza atıb.

Şirkətin səhmləri 2,5 faiz artaraq 164 dollara yüksəlib. Bu artım, ilin əvvəlindən bəri şirkətin ümumi dəyərinə təxminən 700 milyard dollar əlavə edib.

2023-cü ildə səhmləri 240 faiz, 2024-cü ildə isə 170 faizdən çox artan “Nvidia”, süni intellekt sahəsindəki uğurları və bazar payının genişlənməsi ilə investorların diqqət mərkəzində qalmağa davam edir.

 





10.07.2025    çap et  çap et