Bankın analitikləri Karen Reiçqott Fişman və Leksi Kanter, dolların bu status dəyişikliyinə səbəb ola biləcək əsas amillər kimi ticarət tarifləri, ABŞ Federal Ehtiyat Sisteminin müstəqilliyinə dair artan qeyri-müəyyənlik, böyüyən fiskal risklər və ABŞ aktivlərindən uzaqlaşma meyillərini göstərirlər.
Analizdə, Prezident Donald Trampın xarici ticarət tərəfdaşlarına qarşı sərt vergi təhdidlərinin dolların sabit valyuta statusuna xələl gətirdiyi vurğulanır. Bu yanaşma, dolların artıq təhlükəsiz liman kimi deyil, oynaq maliyyə aləti kimi qiymətləndirilməsinə yol açır.
“Bloomberg” göstəricilərinə əsasən, son illərdə dollar ilə “G-10” valyutalarının oynaq indeksləri arasında tarazlığın pozulduğu, korelyasiyanın isə son 7 ilin minimumuna yaxın olduğu qeyd olunur. Bu, dolların ənənəvi “güvənli liman” funksiyasından uzaqlaşması kimi şərh edilir.
“Goldman” analitikləri bildirirlər ki, 2025-ci ilin ən diqqətçəkən tendensiyalarından biri, dolların ABŞ səhm bazarı ilə paralel şəkildə dəyər itirməsi olub. Bu isə ABŞ aktivlərinə inamın zəiflədiyinə işarədir.
Digər tərəfdən, “Bloomberg” analitikləri uzunmüddətli perspektivdə dolların zəifləyəcəyini proqnozlaşdırsalar da, qısa müddətli bərpa ehtimalının yüksək olduğunu vurğulayırlar.