Vaxt.Az

Neft bazarları tarazlıq axtarışında


 

“OPEC”in neft hesabatında nə yenilik var?

Neft bazarları tarazlıq axtarışında Neftin qiymətləri, ABŞ Prezidenti Donald Trampın yeni tarif qərarları və “OPEC”in qlobal tələblə bağlı proqnozunu aşağı salmasından sonra yaşanan enişin ardından tarazlıq axtarır.

“Brent” markalı neftin bir bareli 68,83 dollar, ABŞ xam nefti (WTI) isə 66,83 dollar olub.

Azərbaycanın yüngül nefti “Azeri Light” 78 dolların üzərində ticarət edilir.

Neft İxrac edən Ölkələr Təşkilatı – “OPEC”, 2025 Dünya neft hesabatında, xüsusilə Çində tələbin zəifləməsi səbəbilə 2026–2029 dövrü üçün qlobal neft tələbi proqnozlarını aşağı çəkdiyini açıqlayıb.

Təşkilata görə, 2026-cı ildə dünya üzrə gündəlik neft tələbi 106,3 milyon barel olacaq. Bu, ötən il açıqlanan 108 milyon barellik proqnozdan aşağıdır.

Digər tərəfdən, Prezident Tramp 1 avqustdan etibarən Kanadadan idxal olunan məhsullara 35 faiz gömrük rüsumu tətbiq ediləcəyini bildirib. Həmçinin digər ticarət tərəfdaşlarına qarşı da 15–20 faiz aralığında tariflərin tətbiqinin planlaşdırıldığını vurğulayıb.

 





11.07.2025    çap et  çap et