Vaxt.Az

“Bunu bu gün etmək istəyirəm”


 

Tramp bir çox ölkəyə 15–20 faiz ümumi gömrük vergisini təsdiqləyəcək

“Bunu bu gün etmək istəyirəm” ABŞ Prezidenti Donald Tramp bir çox ticarət tərəfdaşına qarşı 15 və ya 20 faiz ümumi gömrük vergisi tətbiq etməyi planladıqlarını açıqlayıb.

Vaxt.az xəbər verir ki, Tramp bəyanatında “Geri qalan bütün ölkələrə — istər 20 faiz, istər 15 faiz — hər halda müəyyən bir ödəniş edəcəklərini deyəcəyik. İndi bu məsələni dəqiqləşdirəcəyik”, – deyə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinə də yeni gömrük rüsumları barədə məlumat verən məktublar bu gün və ya sabah göndəriləcək.

“Bunu bu gün etmək istəyirəm. Yaxın bir neçə saat ərzində açıqlamalar veriləcək”, – deyə Tramp əlavə edib.

 





11.07.2025    çap et  çap et