Vaxt.az xəbər verir ki, Deyli tarifələrin qiymətlərə gözləniləndən daha az təsir edə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzi şirkətlər gömrük rüsumlarından yaranan əlavə xərcləri son istehlakçılara ötürməmək üçün alternativ yollar axtarır: “Şirkətlər bu xərcləri bölüşmək və ya daxili ehtiyatlardan qarşılayaraq, qiymət artımını minimumda saxlamağa çalışır. Bu səbəbdən tariflərin inflyasiya təzyiqi yaratma ehtimalı zəifləyir”.
Deyli əlavə edib ki, bir çox müəssisə bu vəziyyətə uyğunlaşmağın yollarını tapır və bu da qiymət artımlarının genişmiqyaslı inflyasiyaya çevrilməsinin qarşısını alır.
Hazırda FED faiz dərəcələrini sabit saxlayır. Lakin 2025-ci ilin ikinci yarısında neçə dəfə faiz endiriminin ediləcəyi ilə bağlı qərar vericilər arasında fikir ayrılığı davam edir.