Vaxt.az xəbər verir ki, geri çağırma qərarı 13 mart – 2 iyul 2025-ci il tarixləri arasında satışa çıxan və satılmış məhsulları əhatə edir. Söhbət barkod nömrəsi 8435177064395, partiya nömrəsi 7596, son istifadə tarixi isə 10 mart 2026 olan Antep fıstığından gedir.
Fransanın rəsmi xəbərdarlıq platforması “RappelConso” salmonella bakteriyasının bağırsaq infeksiyası, ishal, qusma, yüksək hərarət və baş ağrısı kimi əlamətlərlə müşayiət olunduğunu bildirib. Yoluxma halları adətən bakteriya ilə çirklənmiş məhsulun qəbulundan 6-72 saat sonra üzə çıxır.
Xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün bu infeksiya daha təhlükəli nəticələrə səbəb ola bilər. Bu səbəbdən rəsmilər həmin məhsulu alanlara qətiyyən istehlak etməməyi və fıstıqları satış məntəqələrinə qaytarmağı tövsiyə edir.